"Kəpəz"in yeni transferi: Fernandu Santuşun Azərbaycan millisinə köməyi dəyə bilər
"Kəpəz" klubunun yeni transferi Dioqu Verdaska portuqaliyalı mütəxəssis Fernandu Santuşun Azərbaycan millisinə köməyinin dəyə biləcəyini söyləyib.
"Sizinxeber.az" xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.
Portuqaliyalı oyunçu Santuşun həmyerlisi olduğunu xatırladıb:
"Onun burada olması xoşdur. Təcrübəli mütəxəssisdir və yığmanıza köməyi dəyə bilər. "Kəpəz"də də portuqaliyalı futbolçular var. Ötən mövsüm Gəncədə forma geyinən İqor Rodrigesin azarkeşlər tərəfindən necə sevilməsindən xəbərdaram. Bunu qarşılanmağımdan hiss etdim. Mən və indiki komanda yoldaşlarım da bu sevgini qazanmaq istəyirik. Bunun üçün də dayanmadan məşq edəcəyik. Portuqaliyalıların “Kəpəz”də özünü ən yaxşı tərəfdən göstərməsi mənim üçün qürurvericidir".
O, Gəncə klubunun azarkeşlərinin sevimlisi olmaq istədiyini vurğulayıb:
“Burada olduğum üçün çox xoşbəxtəm. Bir az da həyəcan var. Bütün gücümü ortaya qoyub komandama kömək etmək istəyirəm. Qarşıdakı oyunlarda bacarığımı göstərmək üçün çox çalışacağam".
Qeyd edək ki, Dioqu Verdaskanın müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.
Oxşar xəbərlər
İqor Ponomaryov: Fernandu Santuşun millini hansı üslubda oynadacağını demək çətindir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kəpəz"in legioneri: Klubun tarixinə düşdüyüm üçün xoşbəxtəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliyalı yarımmüdafiəçinin "Kəpəz"ə transferi rəsmiləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kəpəz" yeni baş məşqçisini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












