Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib
sizinxeber.az xəbər saytı

Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib


"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.

Apasport.az xəbər verir ki, 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb.

Bunu Ağdam təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Juninyo 2028-ci ilə qədər Braziliya klubunun şərəfini qoruyacaq. O, komandada 23 nömrəli formanı geyinəcək.

2023-cü ilin yayından Azərbaycan çempionunun formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.

O, komanda ilə ölkə çempionu və kubokunun qalibi olub.

Oxşar xəbərlər

"Qarabağ" Juninyonun “Flamenqo”ya transfer olunduğunu açıqlayıb
“Qarabağ” Juninyonun “Flamenqo”ya transferi ilə bağlı məlumat yayıb
"Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır
İspaniya və Braziliya klubunun transfer etmək istədiyi Juninyo hələ də "Qarabağ"ın düşərgəsindədir
“Qarabağ” Juninyonun Braziliya klubuna keçidindən 5 milyon avro qazanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər