Sergen Yalçın yenidən "Beşiktaş"ın baş məşqçisi olacaq
sizinxeber.az xəbər saytı

Sergen Yalçın yenidən "Beşiktaş"ın baş məşqçisi olacaq


Sergen Yalçın yenidən Türkiyənin "Beşiktaş" komandasının baş məşqçisi olacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə yerli "Sözcü" nəşri məlumat yayıb.

"Ağ-qaralar"ın yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssislə anlaşıb. S.Yalçınla 3,5 illik müqavilənin imzalanacağı gözlənilir. O, bu postda niderlandlı Covanni van Bronkhorstu əvəzləyəcək.

Qeyd edək ki, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "Beşiktaş"ın baş məşqçisi olan Sergen Yalçın komanda ilə Türkiyə Superliqasını və ölkə kubokunu qazanıb.

Oxşar xəbərlər

"Beşiktaş"ın prezidenti istefa verib - YENİLƏNİB
"Beşiktaş" və "Fənərbağça"nın sabiq baş məşqçisi vəfat edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər