Azərbaycan çempionatında mövsümün ilk yarısında ən çox penalti yerinə yetirən komanda müəyyənləşib - ARAŞDIRMA
Misli Premyer Liqasında mövsümün ilk yarısında ən çox penalti yerinə yetirən komanda bəlli olub.
"Report"un məlumatına görə, 18 tur ərzində baş tutan 90 oyunda iyirmi 11 metrlik cərimə zərbəsi yerinə yetirilib.
Bu göstəriciyə görə "Turan Tovuz" birinci pillədə qərarlaşıb. Bölgə təmsilçisinin üzvləri 18 qarşılaşmada 6 dəfə penalti nöqtəsinə yaxınlaşıblar. Bunlardan üçü isə qeyri-dəqiq alınıb.
İkinci və üçüncü sıraları "Araz-Naxçıvan"la "Sabah" kollektivləri bölüşürlər. Hər iki klubun oyunçuları 18 matçda 3 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetiriblər. Naxçıvanlılar penaltilərin hamısını dəqiq yerinə yetiriblər. Paytaxt təmsilçisində isə bir penalti qolla nəticələnməyib.
Misli Premyer Liqasında 18 turun penalti mənzərəsi:
"Turan Tovuz" - 6 penalti (üçü qeyri-dəqiq)
"Araz-Naxçıvan" - 3 penalti (hamısı dəqiq)
"Sabah" - 3 penalti (biri qeyri-dəqiq)
"Zirə" - 2 penalti (hər ikisi dəqiq)
"Qarabağ" - 2 penalti (hər ikisi dəqiq)
"Kəpəz" - 2 penalti (biri qeyri-dəqiq)
"Sumqayıt" - 1 (dəqiq)
"Səbail" - 1 (qeyri-dəqiq)
"Neftçi" - penalti vurmaq imkanı qazanmayıb
"Şamaxı" - penalti vurmaq imkanı qazanmayıb
Qeyd edək ki, Misli Premyer Liqasında mövsümün ikinci yarısına yanvarın 17-də start veriləcək. XIX turun açılış matçında "Qarabağ" doğma meydanda "Şamaxı" ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Harri Keyn Avropada ən yaxşı penalti zərbəsi yerinə yetirən futbolçudur
Premyer Liqa: "Turan Tovuz" "Qarabağ"a qalib gəlib
Azərbaycan Premyer Liqasında "Araz-Naxçıvan" "Zirə" ilə heç-heçə edib
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Kəpəz"i məğlub edib
Premyer Liqada XIV tura yekun vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
