Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Kəpəz"i məğlub edib
Misli Premyer Liqasında "Turan Tovuz" "Kəpəz"i məğlub edib.
"Sizinxeber.az"un məlumatına görə, XI turun açılış matçında Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv doğma meydanda 2:1 hesablı qələbəyə sevinib.
Oyunda hesabı 15-ci dəqiqədə tovuzluların heyətində Veysəl Rzayev açıb. 76-cı dəqiqədə "sarı-göylər"in heyətində penalti zərbəsini dəqiq yerinə yetirən Luis Paçu "status-kvo"nu bərpa edib. Ev sahibləri qələbə qolunu 90+3-cü dəqiqədə vura biliblər. Emmanuel Hakman dəqiq zərbə müəllifi olub.
Qeyd edək ki, qələbə sayəsində "Turan Tovuz" xallarının sayını 24-ə çatdırıb. Bununla da Tovuz təmsilçisi lider "Qarabağ"la eyni xala malik olub. "Kəpəz" isə 3 xalla sonuncu sırada qərarlaşıb.
Tura oktyabrın 26-27-də keçiriləcək oyunlarla yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə qalib gəlib
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" doğma meydanda məğlub olub
Premyer Liqa: "Şamaxı" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













