Sizinxeber.az » İdman » Futbol » “Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib

“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib

“Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVI turuna təsadüf edib.

31 yaşlı müdafiəçinin yubiley oyunu “Səbail”lə səfər görüşündə (2:0) gerçəkləşib. Slavik 300 oyunda 15 qola imza atıb. Debütü 2011/2012 mövsümündə “Sumqayıt”da gerçəkləşən futbolçu ümumilikdə 7 klubda forma geyinib O, Sumqayıtın eyniadlı komandasında 126 (3 qol), “Xəzər Lənkəran”da 10, “İnter” və “Keşlə” adlandığı illərdə “Şamaxı”da 92 (10 qol), “Sabah”da 34 (2 oyun), “Zirə”də 20, “Turan Tovuz”da 7 və “Araz-Naxçıvan”da 11 matçda meydana çıxıb.

Alxasov Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 29-cu futbolçudur. O, buna cari mövsümdə nail olan ikinci oyunçudur. “Araz-Naxçıvan”ın digər müdafiəçisi Urfan Abbasov da 300-cü oyununu mövsümün gedişində keçirib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !