De Bruyne karyerasını "City Football Group"un klublarından birində davam etdirə bilər
İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını "City Football Group"un klublarından birində davam etdirə bilər.
"Sizinxeber.az" "The Telegraph"a istinadən xəbər verir ki, Mançester təmsilçisinin rəhbərliyi belçikalı futbolçuya holdinqə daxil olan klublardan biri ilə müqavilə təklif etməyə hazırdır.
Holdinqə "Mançester Siti" ilə yanaşı, "Melburn Siti" (Avstraliya), "Nyu-York Siti" (ABŞ), "Mumbai Siti" (Hindistan), "Montevideo" (Uruqvay), "Trua" (Fransa), "Lommel" (Belçika), "Palermo" (İtaliya), "Bahia" (Braziliya) və "Bolivar" (Boliviya) kimi klublar daxildir.
Həmçinin holdinqin "Jirona" (İspaniya), "Şenjen Pen Siti" (Çin) və "Yokohama F. Marinos"da (Yaponiya) da payları var.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq.
Oxşar xəbərlər
Kevin De Bruyne karyerasını MLS-də davam etdirə bilər
Kevin De Bruyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
