Azərbaycan millisinin baş məşqçisi: “İsveçrə kimi komandalara qarşı oynamağa çətinlik çəkirik”
İsveçrə kimi komandalara qarşı oynamağa çətinlik çəkirik.
Bunu “Report”a açıqlamasında Azərbaycanın 19 yaşadək qadınlardan ibarət millisinin baş məşqçisi Həbib Ağayev komandanın Avopa çempionatının seçmə mərhələsindəki çıxışını dəyərləndirərkən deyib.
Mütəxəssis İsveçrəyə 0:8 hesabı ilə məğlub olduqları oyunda komandanın gücünün yetmədiyini vurğulayıb:
“İlk matçda rəqib çox güclü idi. Bilirdik ki, İsveçrə konkret birinci yer üçün oynayacaq. Bu gün belə komandalara qarşı oynamağa çətinlik çəkirik. Bacardığımızı etdik. İlk hissədə 0:2 hesabı ilə geridəydik, ikinci yarıda isə gücümüz çatmadı. İkinci oyunda Estoniya ilə görüşdük. İsveçrəyə baxanda zəif, bizdən isə güclü idilər. İlk matçda Kipri 3:0 hesabı ilə məğlub etmişdilər. Üçüncü görüşdə itirəcək bir şey yox idi. Qızlara dedim ki, çıxın, oynayın. Açıq futbol göstərməyə çalışmağımıza baxmayaraq, uduzduq”.
H.Ağayev komandanın zəif olmasının səbəbini seçimlər və ölkə çempionatının başlamaması ilə əlaqələndirib:
“Qısası, indi gücümüz buna çatır. Çatışmayan odur ki, seçimlər zamanı çətinlik çəkirəm. Digər səbəb çempionatın hələ başlamamasıdır. Başqa ölkələrdə artıq I dövrə bitir, bizdə isə hələ çempionata start verilməyib. Qızlar çox hazırlıqsız idi. Belə olan halda bu cür səviyyəli turnirlərdə oynamaq çox çətindir”.
Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsində yer aldığı B Liqasının V qrupunda İsveçrə millisinə 0:8, Estoniya və Kiprə isə 0:3 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçsi: Rusiya və Belarusa qarşı oynamaq böyük təcrübədir
Azərbaycan millisinin baş məşqçisi: “Serbiyaya qarşı oyunda qolları əsasən qapıçı səhvlərindən sonra buraxdıq”
Azərbaycan millisinin baş məşqçisi: "İrlandiya ilə oyunda hücumda və müdafiədə çox zəif təsir bağışladıq"
Azərbaycan millisinin baş məşqçisi: "Belarus yığması gücün və sürətin hesabına bizi üstələdi"
AFFA Məşqçilər Komitəsinin üzvü: “Slovakiya kimi rəqiblə oyunda imkanlardan istifadə etməlisən”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
