"Haber Global" "WUF13"ün ilk günü haqqında süjet hazırlayıb
Türkiyənin "Haber Global" kanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ilk günü haqqında süjet hazırlayıb.
"Sizinxeber.az" xəbər verir ki, reportajda bu gün Azərbaycan paytaxtında şəhərlərin inkişafı və urbanistikanın gələcəyinə həsr olunmuş ən böyük beynəlxalq platformalardan biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) işə başladığı bildirilib. Forum BMT-nin Məskunlaşma Proqramı ("UN-Habitat") və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbir mayın 22-dək davam edəcək.
Videomaterialda "WUF13" və forumun ilk günündə aparılan müzakirələr barədə məlumat verilib.
"Azərbaycan üçün forum sadəcə bir şəhərsalma zirvəsi deyil, burada işğaldan azad edilən ərazilərdəki yenidənqurma layihələri, "Ağıllı kənd" və "Yaşıl enerji" üzərində qurulan yaşayış məntəqələri sahəsində toplanan təcrübə dünya ilə paylaşılacaq", - reportajda bildirilib və əlavə edilib ki, forumda əldə olunmuş nəticələr nəzərdən keçirilib, mövcud çətinliklər dilə gətirilib, həmçinin yeni istiqamətlər üzrə təkliflər səsləndirilib.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
"Haber Global"da WUF13 haqqında süjet yayımlanıb
Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb
WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bölgələrdə PENSİYALAR bu tarixdə ÖDƏNİLƏCƏK
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Azərbaycandan səsləri o açıqlayacaq
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
