"Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb - YENİLƏNİB - 2
sizinxeber.az xəbər saytı

"Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb - YENİLƏNİB - 2


Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

"Sizinxeber.az"un məlumatına görə, Ağdam təmsilçisi hazırda hesabda öndədir - 1:0.

"Köhlən atlar"ın heyətində 27-ci dəqiqədə Leandro Andrade fərqlənib.

19:33

Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, 27-ci dəqiqədə Ağdam təmsilçisi hesabı açıb.

"Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib.

20:00

Misli Premyer Liqasının XV turundakı "Neftçi" - "Qarabağ" oyunu başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, "Neftçi Arena"dakı qarşılaşma saat 19:00-da start götürüb.

Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

"Neftçi" - "Qarabağ" oyunu başlayıb
"Qarabağ" - "Neftçi" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-5
"Qarabağ" "Neftçi"ni məğlub edib - YENİLƏNİB - 6
"Qarabağ" - "Neftçi" oyununun ilk hissəsində üç qol vurulub - YENİLƏNİB-3
"Qarabağ" - "Neftçi" oyununda hesab açılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər