"Qarabağ" "Neftçi"ni məğlub edib - YENİLƏNİB - 6
sizinxeber.az xəbər saytı

"Qarabağ" "Neftçi"ni məğlub edib - YENİLƏNİB - 6


"Qarabağ" Azərbaycan Premyer Liqasında "Neftçi"ni məğlub edib.

"Sizinxeber.az"un məlumatına görə, mövsümün ilk derbisi VII turda baş tutub.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0.

"Neftçi"dən Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo, 45+3-cü dəqiqədə Yassin Benzia, 90+1-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "köhlən atlar" liderliyə yüksəlib. "Ağ-qaralar" 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i məğlub edib - 2:0. VII turun digər oyunları sentyabrın 21-22-də baş tutacaq.

21:06

Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyununda ikinci hissə başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, Ağdam təmsilçisi hazırda 3:0 hesabı ilə öndədir.

20:51

Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyununda ilk hissə başa çatıb.

"Sizinxeber.az"un məlumatına görə, Ağdam təmsilçisi fasiləyə inamlı üstünlüklə yollanıb - 3:0.

Son olaraq 45+3-cü dəqiqədə Yassin Benzia paytaxt klubunu məyus edib.

20:31

Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyununda ikinci qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, Ağdam təmsilçisi növbəti dəfə rəqibini meydanın mərkəzinə dəvət edib - 2:0.

29-cu dəqiqədə Olavio Juninyo fərqlənib.

20:22

Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyununda hesab açılıb.

"Sizinxeber.az"un məlumatına görə, "Neftçi"nin futbolçusu Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub.

20:00

Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyunu başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, matç saat 20:00-da start götürüb.

Görüşü FIFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Oxşar xəbərlər

"Qarabağ" - "Neftçi" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-5 [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" - "Neftçi" oyununun ilk hissəsində üç qol vurulub - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: “Qarabağ” ilin son oyununda qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" - "Neftçi" oyununda hesab açılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle