Azərbaycan yığması Rusiya ilə yoldaşlıq oyunları keçirəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan yığması Rusiya ilə yoldaşlıq oyunları keçirəcək


Azərbaycanın qadın futbolçulardan ibarət yığması 2024-cü ilin sonunda Rusiya millisi ilə iki yoldaşlıq matçı keçirəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya Futbol Birliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiyanın qadınlardan ibarət yığması noyabrın 24-dən dekabrın 3-nə qədər Soçidə təlim-məşq toplanışı keçəcək. Azərbaycanla oyunlar da toplanış zamanı baş tutacaq.

Görüşlər noyabrın 28-də "Fişt" stadionunda və dekabrın 2-də "Soçi" klubunun məşq bazasında qapalı rejimdə keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Rusiya və Azərbaycanın qadınlardan ibarət milliləri daha əvvəl iki dəfə münasibətləri aydınlaşdırıblar. 2021-ci ilin sentyabrında Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində Moskvada rəqibinə 0:2 hesabı ilə məğlub olub. Həmin ilin noyabrında Bakıda baş tutan qarşılaşma da Rusiya yığmasının qələbəsi ilə yekunlaşıb - 4:0.

Oxşar xəbərlər

Azərbaycanın qadınlardan ibarət U-19 millisi Özbəkistanla qarşılaşıb
Azərbaycan millisi Gürcüstanda ikinci yoldaşlıq görüşünü keçirib
Azərbaycanın U-17 millisi yoldaşlıq oyunu keçirib
Azərbaycanın U-15 millisi Qəbələdə təlim-məşq toplanışı keçəcək
Azərbaycan millisi Belarusda ikinci yoldaşlıq görüşünü keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər