sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın U-17 yığması Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirəcək
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün üçüncü oyununu keçirəcək.
"Report"un məlumatına görə, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Rumıniya ilə üz-üzə gələcək.
Rumıniyanın Buftya şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki hər iki görüşdə uduzan U-17 yığmamız sonuncu - dördüncü pillədə qərarlaşıb. Lider Yunanıstanın 6, ikinci sıradakı Macarıstanın 4 xalı var.
Qeyd edək ki, U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.
Oxşar xəbərlər
Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib
Azərbaycanın U-19 millisi bu gün seçmə mərhələdə növbəti matçına çıxacaq
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək
Azərbaycanın U-21 millisi bu gün Lüksemburqun qonağı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













