sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanın U-19 millisi bu gün seçmə mərhələdə növbəti matçına çıxacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində üçüncü matçına çıxacaq.
"Sizinxeber.az"un məlumatına görə, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək.
Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki iki görüşdə məğlub olan U-19 yığmamız sonuncu - dördüncü sıradadır. Lider İslandiyanın 6, ikinci yerdəki İrlandiyanın 4 xalı var.
Qeyd edək ki, U-19 daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) uduzub.
Oxşar xəbərlər
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə qarşılaşacaq
Avropa çempionatı: Azərbaycan millisi mübarizəyə başlayır
Azərbaycanın U-21 millisi Şimali İrlandiyaya uduzub
Azərbaycanın U-21 millisi bu gün səfərdə Şimali İrlandiya ilə üz-üzə gələcək
Azərbaycanın çimərlik futbolu millisi bu gün 1/8 final matçına çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













