Azərbaycan millisinin futbolçusu zədələndiyi üçün İsveçə aparılmayacaq
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin futbolçusu zədələndiyi üçün İsveçə aparılmayacaq


Azərbaycan millisinin daha bir futbolçusu səfərdə İsveçə qarşı keçiriləcək UEFA Millətlər Liqasının sonuncu - VI turunun matçını buraxacaq.

"Report"un Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, Rahil Məmmədov sözügedən qarşılaşmada komandaya kömək edə bilməyəcək.

Buna müdafiəçinin Qəbələdə Estoniya ilə qolsuz bitən görüşdə zədələnməsi səbəb olub.

Məmmədov buna görə İsveçə aparılmayacaq. Əvvəlki oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Elvin Cəfərquliyev də meydana çıxmayacaq.

Qeyd edək ki, noyabrın 19-da reallaşacaq İsveç - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.

Oxşar xəbərlər

Estoniya millisinin üç futbolçusu Azərbaycanla oyunda iştirak etməyəcək
Üç futbolçu Azərbaycan millisinin heyətindən çıxarılıb
UEFA Azərbaycan millisinin rəqibini cərimələyib
"Tottenhem"də çıxış edən dünya çempionu "Qarabağ"la oyunu buraxacaq
"Qalatasaray"ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər