Premyer Liqa: "Zirə" növbəti qələbəsini qazanıb
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Zirə" növbəti qələbəsini qazanıb


"Zirə" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv XII turda "Şamaxı"nın qonağı olub.

Qarşılaşma paytax təmsilçisinin qalibiyyəti ilə bitib - 2:0. 33-cü dəqiqədə Junior Martins, 63-cü dəqiqədə Ruan Renato fərqlənib.

Qələbə sayəsində xallarını sayını 20-yə çatdıran "qartallar" hələlik dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 12 xalla altıncı sıradadır.

Qeyd edək ki, ötən gün "Neftçi" evdə "Araz-Naxçıvan"a uduzub - 0:1. "Turan-Tovuz" - "Qarabağ" matçında isə qol vurulmayıb. Turun digər iki qarşılaşması noyabrın 3-də gerçəkləşəcək.

Oxşar xəbərlər

Premyer Liqa: "Zirə" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a uduzub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" "Zirə"ni məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər