Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"un qonağı olacaq
Bu gün futbol üzrə Misli Premyer Liqasının XII turunda "Qarabağ" "Turan Tovuz"un qonağı olacaq.
"Sizinxeber.az"un məlumatına görə, görüş Tovuz şəhər stadionunda, saat 18:30-da start götürəcək.
Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi 27 xalla liderdir. Meydan sahibləri 24 xalla ikinci pillədə qərarlaşıb.
Günün digər qarşılaşmasında "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək. Bu oyun saat 20:30-da başlayacaq. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq.
Ehtiyatda daha bir matçı olan Naxçıvan klubu 21 xalla üçüncü, "ağ-qaralar" 9 xalla səkkizincidir.
Misli Premyer Liqası
II dövrə, XII tur
1 noyabr
18:30. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu
20:30. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
"Neftçi Arena"
Qeyd edək ki, turun digər qarşılaşmaları noyabrın 2-3-də gerçəkləşəcək.
Oxşar xəbərlər
Premyer Liqa: "Qarabağ" "Sabah"la üz-üzə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: XII turun oyunları üçün təyinatlar açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasında III tura bu gün start veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" bu gün "Sabah"la qarşılaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












