Azərbaycan millisi Bosniya və Herseqovina ilə yoldaşlıq oyunlarının hazırlığına başlayıb
Azərbaycanın futzal millisi Bosniya və Herseqovina ilə keçirəcəyi yoldaşlıq oyunlarının hazırlığına başlayıb.
"Report" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov ikisi qapıçı olmaqla, ümumilikdə 14 futzalçıya dəvət göndərib.
Bu gün baş tutan məşq prosesi 2 saata yaxın davam edib və futzalçılar əsasən taktiki tapşırıqları yerinə yetiriblər. Bakıda məşqlər noyabrın 2-dək davam edəcək. Ertəsi gün komanda Bosniya və Herseqovinaya yollanacaq.
Oyunlar noyabrın 4-5-də Zenitsa şəhərindəki Huseyn Smayloviç adına idman zalında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, bu, komandanın AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də Bakıda İsveçə qarşı oyundan öncə keçirəcəyi son yoldaşlıq görüşləri olacaq.
Oxşar xəbərlər
Azərbaycanın futzal millisi 2 yoldaşlıq görüşü keçirəcək
Bosniya və Herseqovinanın Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
