“Sabah”ın baş məşqçisi: "Hamımız səbirsizliklə "Bazel"lə qarşılaşmanı gözləyirik"
Komanda olaraq hamımız səbirsizliklə sabahkı qarşılaşmanı gözləyirik.
Bunu “Report”a açıqlamasında “Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç İsveçrənin “Bazel” komandasına qarşı keçirəcəkləri UEFA Gənclər Liqası matçına hazırlıqlarla bağlı danışarkən deyib.
Mütəxəssis oyunun komanda üçün vacibliyini vurğulayıb:
“Sabah UEFA Gənclər Liqasında ilk oyunumuza çıxacağıq. Bu matç bizim üçün çox vacibdir. Futbolçularımızın bir çoxu ilk dəfə belə mötəbər turnirdə çıxış edəcəklər. Komanda olaraq hamımız səbirsizliklə sabahkı qarşılaşmanı gözləyirik. Hazırlıqlarımız yaxşı gedir. Sabahkı matçda əsas olan uşaqların öz oyunlarını sərgiləməsidir”.
A.Mustedanaqiç rəqibi təhlil etdiklərini söyləyib:
“Rəqibi ətraflı təhlil etmişik. Əsas sual onların hansı futbolçuların xidmətindən istifadə edəcəyi ilə bağlıdır. Bizim kimi, onların da bu turnirdə iştirak edən heyəti həm U-19, həm də əvəzedici komandanın futbolçularından təşkil olunub. Şübhəsiz, rəqib bu cür oyunlarda bizimlə müqayisədə böyük təcrübəyə malikdir. Bununla yanaşı, “Bazel” fərdi keyfiyyətləri yüksək olan futbolçulardan təşkil edilib. Bütün bunları yaxşı taktiki işlə kompensasiya etməliyik ki, bunun üzərində də çalışmışıq”.
Qeyd edək ki, oktyabrın 23-də Bazel şəhərindəki “St. Yakob-Park” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Oxşar xəbərlər
"Sabah"ın baş məşqçisi: Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Omoniya"nın baş məşqçisi: "Zirə" ilə matçda diqqətli olmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın baş məşqçisi: Sabahkı matçda çox diqqətli olmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Gənclər Liqası: "Sabah" və "Bazel" klubları arasında keçiriləcək oyunların hakimləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Krunoslav Renduliç: Sabahkı oyuna yaxşı hazırlaşmışıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












