Mahir Emreli: "Uzun müddətli zədədən sonra vurduğum qol mənə böyük motivasiya verdi"
Uzun müddətli zədədən sonra vurduğum qol mənə böyük motivasiya verdi.
Bunu "Report"a açıqlamasında Almaniyanın "Nürnberq" klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
27 yaşlı hücumçu ötən gün II Bundesliqanın IX turunda "Qroyter Fyurt"a qarşı keçirilən matçda vurduğu qolu şərh edib:
"Qol vurduğum üçün möhtəşəm hisslər keçirirəm. Komandamız və azarkeşlərimiz adına çox sevinirəm. Bu matç, Bundesliqa II Bundesliqada önəmli derbi matçlarından biri idi. Belə bir qarşılaşmada qələbəyə töhfə verdiyim üçün çox şadam. Uzun müddətli zədədən sonra bu qol mənə böyük motivasiya verdi. İnşallah, uğurlu çıxışımın davamını gətirəcəm. Mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, "Qroyter Fyurt" - "Nürnberq" oyunu qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı 13-cü dəqiqədə Mahir Emreli açıb.
Oxşar xəbərlər
Mahir Emreli "Nürnberq"də qol hesabını açıb
"Nürnberq"in baş məşqçisi: "Mahir Emrelinin qolu işimizi asanlaşdırdı"
Mahir Emreli: Nəticə gözlədiyimiz kimi olmadı
Mahir Emreli “Nürnberq”də kollektivlə məşqlərə başlayıb
Mahir Emreli "Nürnberq"də debüt edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
