sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Mahir Emreli: Nəticə gözlədiyimiz kimi olmadı
Nəticə gözlədiyimiz kimi olmadı.
"Report" xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" klubunda debüt edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli şəxsi instaqram hesabında yazıb.
II Bundesliqada "Herta"ya qarşı VI turun matçının 39-cu dəqiqəsində meydana çıxan 27 yaşlı hücumçu məğlub olduqları üçün təəssüfləndiklərini bildirib:
"Uzun müddətdən sonra meydana qayıtdığım üçün sevindim. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı. Hamımız məyusuq. Artıq növbəti oyunu düşünəcəyik. Bu qarşılaşmada bizə dəstək olan hər kəsə təşəkkür edirik".
Qeyd edək ki, matç "Nürnberq"in 0:2 hesablı məğlubiyyəti ilə bitib.
Oxşar xəbərlər
Mahir Emreli "Nürnberq"də debüt edib
Mahir Emreli “Nürnberq”də kollektivlə məşqlərə başlayıb
Mahir Emreli: Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm
Miroslav Kloze: Mahir Emreli yaxşı təcrübəyə malikdir
“Nürnberq”in baş məşqçisi: Əminəm ki, Mahir Emreli ən azı yarım saat oynayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













