"Nürnberq"in baş məşqçisi: "Mahir Emrelinin qolu işimizi asanlaşdırdı"
sizinxeber.az xəbər saytı

"Nürnberq"in baş məşqçisi: "Mahir Emrelinin qolu işimizi asanlaşdırdı"


İlk qol işimizi asanlaşdırdı.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Nürnberq"in baş məşqçisi Miroslav Kloze Almaniyanın II Bundesliqasının IX turunda "Qroyter Fyurt"a səfərdə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Mütəxəssis futbolçuları haqqında xoş ifadələr işlədib:

"Onların enerjisi, münasibəti məni heyran etdi. Matç ərzində fantastik çıxış etdilər. Biz də belə oyun istəyirdik. Bu, məni çox sevindirdi".

Almaniyalı baş məşqçi Mahir Emreli və Stefanos Tsimas tandeminin uğurlu alındığını vurğulayıb:

"Mahir Emreli zədədən çox əziyyət çəkmişdi. Amma ona vaxt verdik".

Qeyd edək ki, Mahir Emreli sözügedən qarşılaşmada komandasının ilk qoluna imza atıb.

Oxşar xəbərlər

Mahir Emreli "Nürnberq"də qol hesabını açıb
Miroslav Kloze: Mahir Emreli topla çox yaxşı işləyirdi
“Nürnberq”in baş məşqçisi: Əminəm ki, Mahir Emreli ən azı yarım saat oynayacaq
Miroslav Kloze: Mahir Emrelinin sonradan meydana çıxaraq fərq yaradacağına inanıram
Miroslav Kloze: Mahir Emreli yaxşı təcrübəyə malikdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər