İmişli şəhər stadionundakı təmir işləri noyabrın sonunda başa çatacaq
Heydər Əliyev adına İmişli şəhər stadionundakı təmir işləri noyabrın sonunda başa çatacaq.
Bu barədə "Sizinxeber.az"a "İmişli" klubunun icraçı direktoru Aqşin Mürsəlov məlumat verib.
O, Azərbaycan I Liqasının VIII turunda "Qaradağ Lökbatan" komandasını doğma meydanda qəbul etmək istədiklərini bildirib:
"İşlər sürətlə davam edir. Çalışırıq ki, ev oyunlarımızı doğma stadionumuzda keçirək. VI turun "Qəbələ" ilə matçını İmişlidə oynamalı idik. Lakin təmir işləri başa çatmadığı üçün yerdəyişmə etdik. Birinci qarşılaşma Qəbələdə, növbəti görüş bizim stadionda baş tutacaq. Stadionumuzun ot örtüyü yenilənir, digər çatışmazlıqlar aradan qaldırılır. Noyabrın sonunda təmir işləri başa çatacaq".
Qeyd edək ki, Heydər Əliyev adına İmişli şəhər stadionu cari mövsümün əvvəlindən təmirə bağlandığı üçün bölgə təmsilçisi ev oyunlarını Tovuz şəhər stadionunda və Saatlı Olimpiya İdman Komleksinin meydanında keçirib.
Oxşar xəbərlər
İmişli şəhər stadionu təmir olunur
"Qəbələ" klubunun rəsmisi: "Stadionumuz yığmanın oyunlarını qəbul etməyə hazırdır"
Azərbaycan Premyer Liqasında VII, VIII və IX turun oyun cədvəlləri açıqlanıb
Sabah Naxçıvanın bəzi hissələrində su olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
