Azərbaycan Kuboku: Bu gün I təsnifat mərhələsinə yekun vurulacaq
sizinxeber.az xəbər saytı

Azərbaycan Kuboku: Bu gün I təsnifat mərhələsinə yekun vurulacaq


Bu gün futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq.

"Sizinxeber.az" xəbər verir ki, günün yeganə matçında II Liqa təmsilçiləri - "Dinamo" və "Füzuli" komandaları üz-üzə gələcəklər.

Neftçi Futbol Mərkəzində reallaşacaq qarşılaşma saat 13:30-da başlayacaq. Qalib komanda II təsnifat mərhələsində "Səbail"ə rəqib olacaq.

Azərbaycan Kuboku

14 oktyabr

13:30. “Dinamo” – “Füzuli”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
Neftçi Futbol Mərkəzi.

Qeyd edək ki, daha əvvəl "Şahdağ Qusar" "Kür-Araz"ı (3:1), "Şəfa" "Saatlı-Araz"ı (2:0), "Şəmkir" "Şəki City"ni (1:0), "Ağdaş" "Lerik"i (4:0), "Şimal" "Qusar"ı (4:1), "Hypers Guba" "Göygöl"ü (3:2) məğlub edərək növbəti raunda yüksəlib.

Oxşar xəbərlər

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Kuboku: I təsnifat mərhələsində bu gün daha 4 oyun keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Kuboku: I təsnifat mərhələsində daha dörd oyun baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyun proqramı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsüm bu gün başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər