"Tottenhem"in baş məşqçisi: Oyuna daha yüksək tempdə başlamağı planlamışdıq
Biz oyuna daha yüksək tempdə başlamağı planlamışdıq.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Tottenhem"in baş məşqçisi Angelos Postekoqlu “Qarabağ”a qarşı UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Yunanıstanlı qalib gəldikləri görüşü şərh edib:
"Qarşılaşmanın əvvəlindəki qırmızı vərəqə planlarımıza daxil deyikdi. Biz oyuna daha yüksək tempdə başlamağı planlamışdıq. Futolçumuz meydandan qovulana qədər ötürmələrlə passiv oynadıq və təəssüf ki, nəticədə Draquş buna görə cəzalandı. Daha sonra görüşdə üstünlüyü ələ ala bildik. Qələbə qazandığımıza baxmayaraq, startdan narazı qaldım".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" - "Qarabağ" oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
"Tottenhem"in baş məşqçisi: Hər oyun üçün böyük rotasiya etmək istəmirik
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"lə oyunda penalti zərbəsindən yararlana bilməyib - YENİLƏNİB-6
Qurban Qurbanov: 0:3 hesabı ilə uduzmağa layiq deyildik
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"la oyunda fasiləyə üstün yollanıb - YENİLƏNİB-3
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"la oyunda üçüncü qolu vurub - YENİLƏNİB-7
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











