"Araz-Naxçıvan"da baş məşqçi dəyişikliyi baş verib
“Araz-Naxçıvan” futzal klubunda baş məşqçi dəyişikliyi baş verib.
"Report" Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, klubdaxili iclas zamanı komandanın UEFA Çempionlar Liqasında çıxışı müzakirə olunub və nəticə qeyri-qənaətbəxş hesab olunub.
Buna görə də baş məşqçi Vitali Borisovla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Klubdan verilən məlumata görə, baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Predraq Rayiçə həvalə olunub.
V.Borisov Azərbaycan millisinin baş məşqçisi kimi işini davam etdirəcək.
Qeyd edək ki, Vitali Borisov və Predraq Rayiç 2023-cü ilin iyulundan Azərbaycan millisində və “Araz-Naxçıvan”da çalışırdı. Azərbaycan millisinin keçmiş üzvü baş məşqçi təyin olunduqdan sonra serb mütəxəssisi məşqçilər korpusuna dəvət edib.
Oxşar xəbərlər
Azərbaycan millisinin Çexiya ilə oyunlar üçün yekun heyəti açıqlanıb
Azərbaycan millisinin futzalçısı "Araz-Naxçıvan"a keçib
“Araz-Naxçıvan” klubu İsveçə itki ilə yollanıb
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












