sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
UEFA "Sumqayıt" klubunu cərimələyib
UEFA "Sumqayıt" klubunu cərimələyib.
"Report"un məlumatına görə, buna komandanın evdə Macarıstanın "Fehervar" kollektivinə uduzduğu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında meydana yad əşyaların atılması səbəb olub.
"Gənclik şəhəri" təmsilçisi 5 250 avro ziyana düşüb.
Avropa futbol qurumu beş futbolçusu sözügedən qarşılaşmada vərəqə gördüyü üçün Samir Abasovun baş məşqçisi olduğu kollektivə xəbərdarlıq da edib.
Qeyd edək ki, görüş "Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan komanda turnirlə vidalaşmalı olub.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
