Azərbaycan millisi iki yoldaşlıq görüşü keçirəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan millisi iki yoldaşlıq görüşü keçirəcək


Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

"Sizinxeber.az" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq.

Hər iki oyun Zlin şəhərində keçiriləcək.

Qeyd edək ki, millimiz Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.

Oxşar xəbərlər

Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər