Ağabala Ramazanov: Məşqçi kurslarındakı çətinliklər məni qorxutmur
Məşqçi kurslarında çətinliklər var, amma bu məni qorxutmur.
Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ağabala Ramazanov hazırda oxuduğu məşqçilik kursları ilə bağlı danışarkən deyib.
O, hazırda uyğunlaşma dönəmində olduğunu nəzərə çatdırıb:
"Futbol həyatımı həsr etdiyim peşədir, sevə-sevə oxuyuram. Kurslardakı müəllimlərə təşəkkür edirəm ki, bizə hər şeyi xırdalıqlarına qədər izah edirlər. Hazırda uyğunlaşama dönəmindəyəm. Çünki məşqçilikdən fərqli, futbolçu kimi komfortlu zonada olursan. Buna baxmayaraq, işimə peşəkar şəkildə yanaşıram".
Sabiq hücumçu məşqçiliyə uşaq futbolundan başlamaq istəyini bildirib:
"Uşaq futbolunda çalışmaq üçün müəyyən vaxt lazımdır. Çünki öyrənmək və öyrətmək birdən-birə alınmır. Təcrübə mütləqdir".
Qeyd edək ki, ötən mövsüm bitdikdən sonra futbolçu karyerasını yekunlaşdıran Ağabala Ramazanov AFFA tərəfindən keçirilən UEFA-nın B kateqoriyalı məşqçi kursunda iştirak edir.
Oxşar xəbərlər
Azərbaycan millisinin sabiq futbolçuları məşqçi kursuna qatılıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
