Rəşad Sadıqov: "Vacib matça çıxacağıq"
sizinxeber.az xəbər saytı

Rəşad Sadıqov: "Vacib matça çıxacağıq"


Oyundan əvvəl danışmaq çətindir. Vacib matça çıxacağıq.

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Bakıda Xorvatiyanın "Osiyek" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis meydanda gərgin mübarizənin olacağını bildirib:

"Hər iki komandada yaxşı futbolçular var. Əlimizdən gələni etməyə çalışacağıq. Meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmaması bizi məyus edir. Bu, texnikalı oyuna mane ola bilər. Şərtlər hər iki tərəf üçün eynidir".

R.Sadıqov "Qarabağ"ı UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib:

"Dünənki qələbə bizə motivasiya verə bilər. Sabahkı görüşdə həm özümüzə, həm də "Sabah"a uğurlar arzulayıram. Hər iki kollektiv mərhələ adlasa, yeni tarix yazılacaq və Azərbaycanın üç təmsilçisi avrokubokların pley-offunda mübarizə aparacaq. Rəqibin möhkəm kollektiv olduğunu da anlayırıq. Mövsümə uğurla başlamaq bizə xüsusi üstünlük vermir".

Qeyd edək ki, avqustun 15-də “Liv Bona Dea Arena”da reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Səfərdəki görüşdə heç-heçə (1:1) qeydə alınıb.

Oxşar xəbərlər

Rəşad Sadıqov: Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Çox vacib matça çıxacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Sadıqov: Səfərdən vacib qələbə ilə qayıdırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Sadıqov: İkinci yarıda meydanda üstün olan tərəf "Zirə" idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Sadıqov: Yaxşı komandaya qarşı mübarizə aparacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər