Azərbaycanın FIFA referisi pley-off matçına təyinat alıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın FIFA referisi pley-off matçına təyinat alıb


FIFA referisi Elçin Məsiyev təyinat alıb.

"Sizinxeber.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) - “Gent” (Belçika) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu VAR, Rəşad Əhmədov isə AVAR hakimi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş avqustun 22-də Belqrad şəhərində yerləşən “Partizan” stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Əliyar Ağayev UEFA Avropa Liqasının pley-off görüşünə təyinat alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər