Konfrans Liqası: "Zirə" - "Osiyek" oyununda əlavə vaxt oynanılır - YENİLƏNİB - 7
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əsas vaxt başa çatıb.
"Report"un məlumatına görə, hazırda hesab bərabərdir - 2:2.
Səfərdəki ilk görüşdə də heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub.
Komandalar hər biri 15 dəqiqədən ibarət olan iki hissədə güclünü müəyyənləşdirməyə çalışacaq.
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi növbəti dəfə hesabı bərabərləşdirib - 2:2.
90-cı dəqiqədə Davit Volkov tarazlığı bərpa edib.
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.
"Report"un məlumatına görə, qonaqlar yenidən hesabda önə keçiblər - 2:1
81-ci dəqiqədə Anton Matkoviç fərqlənib.
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi 54-cü dəqiqədə hesabı bərabərləşdirib - 1:1.
Qismət Alıyev penaltini dəqiq yerinə yetirib.
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, hazırda qonaqlar hesabda öndədirlər - 1:0.
37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.
"Report"un məlumatına görə, qonaqlar fasiləyə öndə yollanıblar - 1:0.
37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, qonaqlar görüşdə hesabı açıblar.
37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.
Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.
"Report"un məlumatına görə, “Liv Bona Dea Arena”dakı matç saat 20:30-da start götürüb.
Görüşü avstriyalı Xulian Veynberqer idarə edir.
Qeyd edək ki, səfərdəki ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 1:1.
Oxşar xəbərlər
Konfrans Liqası: "Zirə" "Osiyek" ilə oyunda hesabı bərabərləşdirib - YENİLƏNİB - 4
Konfrans Liqası: "Zirə" - "Osiyek" oyununda ilk hissə başa çatıb - YENİLƏNİB - 2
Konfrans Liqası: "Zirə" - "Osiyek" oyununda hesab açılıb - YENİLƏNİB
Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib
Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq növbəti mərhələyə yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













