"Neftçi" - "Sabah" oyununun yeri dəyişdirilib
Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun yeri dəyişdirilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Paytaxt təmsilçisi “Neftçi Arena”da ot örtüyünün yararsız hala düşməsi və stadionda aparılan bərpa işləri ilə əlaqədar PFL-ə müraciət edib.
Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Neftçi Arena”da deyil, “Liv Bona Dea Arena”da baş tutacaq.
Bundan əlavə, V turun "Neftçi" - "Şamaxı" oyunu ilə XIII turun “Şamaxı” – “Neftçi” matçının yeri dəyişdirilib. Qeyd olunan dəyişiklik klubların əvəzedici heyətlərinin oyununa şamil edilmir.
“Neftçi Arena” stadionunda ot örtüyünün bərpa işləri 7-ci turda keçiriləcək “Qarabağ”la oyuna qədər yekunlaşacaq.
Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü avqustun 18-də saat 20:30-da start götürəcək.
Oxşar xəbərlər
"Neftçi" - "Zenit" oyunu barədə yeni məlumat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: Bu gün I turun növbəti görüşləri keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: II turun oyun cədvəli açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqasında XIX turun oyun proqramı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












