Roman Qriqorçuk "Neftçi"nin yeni transferinin keçidinə münasibət bildirib
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk klubun yeni transferi Rafael Quzzonun keçidinə münasibət bildirib.
"Sizinxeber.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis portuqaliyalı futbolçunun "ağ-qaralar"ın oyun üslubuna tam uyğun gəldiyini deyib:
“Çox şadam ki, daha bir yaxşı oyunçunu transfer edə bildik. Rafael Quzzo bizim oyun üslubumuza tam uyğun gələn maraqlı futbolçudur. Düzdür, bizə bir az gec qoşulub, amma qısa müddətdə onu optimal formaya çatdırıb xidmətlərindən yararlanmaq istəyirik. Quzzonun bizə çox köməyi dəyəcək, ona ümidimiz böyükdür”.
Qeyd edək ki, paytaxt klubunda 6 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
Oxşar xəbərlər
"Neftçi" portuqaliyalı futbolçunun keçidini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
