DÇ-2026-nın oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı 5 milyona çatıb
sizinxeber.az xəbər saytı

DÇ-2026-nın oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı 5 milyona çatıb


DÇ-2026-nın oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı 5 milyona çatıb.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bu göstərici 1/16 final mərhələsində Fransa və İsveç yığmaları arasında keçirilən qarşılaşma zamanı qeydə alınıb.

Turnirin bununla da tamaşaçı sayı üzrə yeni rekordu rəsmiləşib. Daha əvvəl qrup mərhələsinin III turunda çempionatın oyunlarını izləyən azarkeşlərin sayı 3,6 milyonu ötərək, 1994-cü ildə ABŞ-də təşkil olunan mundiala məxsus 3 587 538 nəfərlik rekordu geridə qoymuşdu. Sonradan açıqlanan statistikaya əsasən, qrup mərhələsinin oyunlarını ümumilikdə 4,6 milyon azarkeş stadiondan izləyib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. Turnir iyulun 19-da başa çatacaq. Dünya çempionatının son qalibi Argentina millisidir.

Oxşar xəbərlər

DÇ-2026: 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşib
Almaniyalı futbolçu Niko Şlotterbek dünya çempionatının növbəti oyunlarını buraxacaq
DÇ-2026: Pley-offa vəsiqə qazanan komandaların sayı yeddiyə çatıb
ABŞ millisinin dünya çempionatlarındakı 96 illik rekordu təkrarlanıb
Azərbaycan Kubokunun final oyununda son iki mövsümün rekordu qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər