Azərbaycan Kubokunun final oyununda son iki mövsümün rekordu qeydə alınıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Kubokunun final oyununda son iki mövsümün rekordu qeydə alınıb


Azərbaycan Kubokunun “Qarabağ”la “Sabah” arasında final oyununu 7513 tamaşaçı izləyib.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici turnirin son iki mövsümü üçün yeni rekorddur.

Kubokun 2023/2024 və 2024/2025 mövsümlərində bu qədər seyrçi qeydə alınmamışdı.

Daha çox tamaşaçının olduğu son matç 2022/2023 mövsümünün finalı olub. “Neftçi” və “Qəbələ” arasında oyunu (0:1) 9000 tamaşaçı izləyib.

Qeyd edək ki, “Sabah” “Qarabağ”la matçda əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

"Qarabağ" - "Neftçi" oyununda azarkeş sayına görə mövsümün ikinci göstəricisi qeydə alınıb
Azərbaycan Kubokunun finalında 24-cü dəfə fərqli komandalar üz-üzə gələcəklər
Azərbaycan Premyer Liqası: XXVIII turun açılış oyununda azarkeş rekordu qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər