Bakıda narkokuryerdə 9 kq narkotik aşkarlanıb-VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda narkokuryerdə 9 kq narkotik aşkarlanıb-VİDEO


Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

APA DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb.

S.Mirzəyevin sərnişin kimi istifadə etdiyi avtomobildən ona məxsus 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, həşiş və heroin, eləcə də 1112 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. S.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən marixuana və tiryək aşkarlanıb
Sabunçuda 46 kq narkotik dövriyyədən çıxarılıb
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - VİDEO
Sumqayıtda İran vətəndaşı vasitəsi ilə əldə edilən 20 kq narkotik aşkarlanıb
Beyləqanda 16 kiloqram marixuana və həşiş aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər