Azərbaycan millisinin sabiq futbolçusu: "Sabah" və "Zirə" üçün həlledici oyun Bakıda olacaq
Hər iki klubumuz üçün həlledici oyun Bakıda olacaq.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Mahmud Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Zirə” və “Sabah” klublarının bu gün keçirəcəyi oyunlardan əvvəl deyib.
Mütəxəssis səfərdə Xorvatiyanın “Osiyek” komandası ilə qarşılaşacaq “Zirə”nin şanslarını dəyərləndirib:
“Pley-offun bir addımlığındadırlar. Xorvatiya futbolu güclüdür. Üçüncü təsnifat mərhələsinə qədər gəliblərsə, zəif deyillər. Ciddi rəqiblərdir. Hamı futbol oynamağı bacarır. UEFA Avropa Liqasında məğlub olub Konfrans Liqasına gəlməsinə baxmayaraq, “Zirə” pis çıxış etmir və əvvəlki iki oyunda qələbə qazandı”.
Millimizin sabiq məşqçisi “Sabah”ın İrlandiya təmsilçisi “Sent Patriks Atletik”lə matçdan sərfəli nəticə ilə qayıdacağına inanır:
“Sabah” klubu “Makkabi” (İsrail, Hayfa) ilə ilk oyunda yaxşı çıxış etmişdi. İkinci qarşılaşmada isə müdafiə xətti çox bərbad göründü. Düşünürəm ki, “Sabah”ın müdafiəçiləri əvvəlki səhvləri təkrarlamayacaqlar. Komandalarımızın istədikləri nəticə ilə qayıdacaqlarına inanıram”.
Qeyd edək ki, Xorvatiyada keçiriləcək “Osiyek” - “Zirə” görüşü Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. “Sent Patriks Atletik” - “Sabah” qarşılaşması isə 22:45-də başlayacaq. Təmsilçilərimizin cavab matçları bir həftə sonra Bakıda olacaq.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Sabah" və "Zirə" III təsnifat mərhələsində ilk matçlarına çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: Azərbaycan təmsilçilərinin pley-offdakı mümkün rəqibləri bəlli olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"DAK 1904" klubunun futbolçusu: Sabah "Zirə"nin müdafiəsindəki boşluqları tapacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Sabah" və "Zirə"nin oyunlarının başlama saatları açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: Azərbaycan klubları ilk matçlarına çıxır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












