İngiltərə Premyer Liqası: "Mançester Siti" "Arsenal"ı məğlub edib
"Mançester Siti" İngiltərə Premyer Liqasının XXXIII turunun ev oyununda "Arsenal"ı məğlub edib.
"Report"un məlumatına görə, Mançesterdəki "Etihad" stadionunda keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.
Rayan Çerki 16-cı dəqiqədə hesabı açaraq, ev sahiblərinə üstünlük qazandırıb. İki dəqiqə sonra "Arsenal"ın heyətində Kay Havertz hesabı bərabərləşdirib. Erlinq Holann 65-ci dəqiqədə vurduğu qolla qələbəni təmin edib.
"Mançester Siti" 32 oyundan sonra 67 xalla turnir cədvəlində ikinci yerdədir. Bu, "Arsenal"ın ardıcıl ikinci məğlubiyyəti olub. Uğursuzluğa baxmayaraq, London klubu 33 oyundan sonra 70 xalla liqanın lideri olaraq qalır.
"Mançester Siti" çempionatı çərçivəsində növbəti matçı aprelin 22-də səfərdə "Börnli"yə qarşı keçirəcək, "Arsenal" isə aprelin 25-də öz meydanında "Nyukasl"ı qəbul edəcək.
Oxşar xəbərlər
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Arsenal”la matçda son dəqiqədə məğlubiyyətdən xilas olub
İngiltərə çempionatı: "Arsenal" "Mançester Siti"ni darmadağın edib
“Arsenal" "Mançester Yunayted"i öz meydanında məğlub edib
“Arsenal" səfərdə "Mançester Yunayted"i məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
