Konfrans Liqası: "Zirə"nin legioneri Xorvatiya klubu ilə ilk oyunu buraxacaq
sizinxeber.az xəbər saytı

Konfrans Liqası: "Zirə"nin legioneri Xorvatiya klubu ilə ilk oyunu buraxacaq


"Zirə" Xorvatiyada "Osiyek" komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununa itki ilə çıxacaq.

"Report"un məlumatına görə, Bakı klubunun futbolçusu Salifu Suma sözügedən matçda iştirak edə bilməyəcək.

Buna 21 yaşlı hücumçunun cəzasının davam etməsi səbəb olub.

Bakıda Moldovanın "Şerif" kollektivinə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə birbaşa qırmızı vərəqə alan forvard üç oyunluq diskvalifikasiya edilmişdi. O, Konfrans Liqasında Slovakiyanın “DAK 1904” komandasına qalib gəldikləri hər iki qarşılaşmanı (4:0, 2:1) da buraxıb.

Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Sabah" və "Zirə"nin oyunlarının başlama saatları açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konfrans Liqası: "Sabah" və "Zirə" cavab oyununa çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq növbəti mərhələyə yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Zirə"nin III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər