"Real" "Portu"nun qapıçısı Dioqu Koştanı transfer etmək istəyir
sizinxeber.az xəbər saytı

"Real" "Portu"nun qapıçısı Dioqu Koştanı transfer etmək istəyir


İspaniyanın "Real" klubu Portuqaliya təmsilçisi "Portu"da çıxış edən qapıçı Dioqu Koştanı heyətinə qatmaq istəyir.

"Sizinxeber.az" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid komandası 26 yaşlı qolkiperi Tibo Kurtuaya əvəzləyici kimi görür.

"Kral klubu" Portuqaliya millisinin üzvü üçün qarşı tərəfə 50 milyon avro təklif etməyə hazırdır. Rəhbərlik Koştanın Kurtuanı layiqli şəkildə əvəz edə biləcəyinə inanır.

Xatırladaq ki, "Portu"nun yetirməsi 2019-cu ildən əsas komandada çıxış edir. Komanda ilə üç dəfə Premyer Liqada qızıl mükafata sahib çıxan Koşta Portuqaliya yığmanın heyətində UEFA Millətlər Liqasının qalibi olub.

Oxşar xəbərlər

Portuqaliya millisinin qapıçısı "Mançester Siti"yə transfer oluna bilər
"Barselona"nın yayda əsas transfer hədəfi bəlli olub
"Yuventus"la "Portu" futbolçularını dəyişəcək
Portuqaliya klubunun qapıçısı "Mançester Siti"yə keçməyə yaxındır
"Mançester Siti" yayda portuqaliyalı qapıçını transfer edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər