sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Mançester Siti" yayda portuqaliyalı qapıçını transfer edə bilər
İngiltərənin "Mançester Siti" klubu yay transfer dönəmində Portuqaliyanın "Portu" komandasında çıxış edən qapıçı Dioqu Koştunu heyətinə qata bilər.
"Sizinxeber.az" "Mirror"a istinadən xəbər verir ki, "şəhərlilər" 25 yaşlı qolkiperi Edersona potensial əvəzləyici kimi görür.
Portuqaliyalı oyunçunun müqaviləsindəki bəndə əsasən, o, 73,7 milyon avro qarşılığında sərbəst qala bilər. Mançester təmsilçisi isə bu məbləğin çox yüksək olduğunu düşünür. Onlar futbolçunu 50 milyon funt-sterlinqə (təxminən 58,5 milyon avro) alacaqlarına ümid edirlər.
Qeyd edək ki, Dioqu Koştu cari mövsüm "Portu"da 41 oyunda meydana çıxıb.
Oxşar xəbərlər
Portuqaliya millisinin qapıçısı "Mançester Siti"yə transfer oluna bilər
"Mançester Siti" yayda İspaniya klubunun futbolçusunu transfer etməyi düşünür
"Barselona"nın yayda əsas transfer hədəfi bəlli olub
KİV: "Mançester Siti" misirli futbolçunu heyətinə qatıb
"Fənərbağça" "Mançester Siti"nin ulduz futbolçusunu transfer edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













