"Barselona" stadionun əsaslı təmirindən sonra böyük maliyyə gəliri əldə edəcək
İspaniyanın "Barselona" klubu "Kamp Nou" stadionunun əsaslı yenidənqurmasının başa çatmasından sonra ciddi maliyyə dəstəyi əldə etməyə hazırlaşır.
"Sizinxeber.az" "Cadena Ser"ə istinadən məlumat verir ki, Kataloniya təmsilçisi arenanın tamaşaçı tutumunu 105 minə çatdırmaqla hər il 80 milyon avroya qədər əlavə gəlir qazana biləcək.
Modernləşdirmə layihəsinin əsas komponentlərindən biri VIP lojalarının da yerləşdirilməsi nəzərdə tutulan üçüncü mərtəbənin inşası olacaq. Onlar katalonlar üçün yeni gəlir mənbəyinə çevriləcək.
Ümumiyyətlə, son ölkə çempionu təmir olunmuş stadionunun illik gəlirini təqribən 350 milyon avro artıracağını gözləyir. Komanda növbəti mövsümün sonunadək arenanın tam gücü ilə fəaliyyət göstərməsini planlaşdırır, lakin təmirin maksimum maliyyə effekti 2028-ci ildən əvvəl özünü büruzə verməyəcək.
Oxşar xəbərlər
"Barselona" bu ilin sentyabrında "Kamp Nou"ya qayıda bilər
"Barselona" yenilənmiş "Kamp Nou"nun görüntülərini yayıb
İspaniya klubunun stadionunun adı dəyişdiriləcək
"Barselona" klubu fırıldaqçının "qurban"ı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
