"Aston Villa" Morqan Rocersi saxlamağı planlaşdırır
sizinxeber.az xəbər saytı

"Aston Villa" Morqan Rocersi saxlamağı planlaşdırır


İngiltərənin "Aston Villa" klubunun yarımmüdafiəçisi Morqan Rocersin böyük ehtimalla komandada qalacağı gözlənilir.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində Avropanın bir neçə aparıcı klubu maraqlıdır.

Futbolçunu heyətinə qatmaq istəyən komandalar arasında İngiltərənin "Çelsi", "Liverpul", "Mançester Yunayted" və İspaniyanın "Real" klubları yer alır. Lakin yarımmüdafiəçinin hazırkı klubu ilə yola davam edəcəyi bildirilir.

M.Rocersin "aslanlar"la müqavilə müddəti 2031-ci ilə qədərdir.

Qeyd edək ki, o, cari mövsümdə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 48 matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Aston Villa"nın hücumçusu "Mançester Yunayted"ə keçə bilər
"Mançester Yunayted" yayda dünya çempionunu heyətinə qatmaq istəyir
"Aston Villa" dünya çempionatının gümüş medalçısını transfer edib
Markus Türam İngiltərə Premyer Liqasına keçə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər