Markus Türam İngiltərə Premyer Liqasına keçə bilər
sizinxeber.az xəbər saytı

Markus Türam İngiltərə Premyer Liqasına keçə bilər


İtaliyanın "İnter" klubunun hücumçusu Markus Türam yay transfer pəncərəsində komandasını dəyişə bilər.

"Sizinxeber.az"un "FC Inter News"ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı klublarının ciddi marağına baxmayaraq, 28 yaşlı fransalı forvard karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə üstünlük verir.

Artıq İngiltərənin "Aston Villa" və "Nyukasl" klublarının futbolçu ilə təmasa keçdiyi bildirilib.

Türam cari mövsümdə "neradzurri"nin heyətində bütün turnirlər daxil olmaqla 36 matçda meydana çıxıb. Təcrübəli hücumçu bu oyunlarda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Transfermarkt" portalı M.Türamın dəyərini 60 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

"Bayer 04"ün hücumçusu İngiltərə klublarının transfer siyahısında yer alıb
"İnter"in futbolçusu məişət zorakılığında ittiham olunub
"Liverpul" Premyer Liqanın digər təmsilçisinin hücumçusunu transfer etmək istəyir
"Barselona" ingiltərəli hücumçu üçün 40 milyon avro təklif etməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər