"Aston Villa" dünya çempionatının gümüş medalçısını transfer edib
sizinxeber.az xəbər saytı

"Aston Villa" dünya çempionatının gümüş medalçısını transfer edib


İngiltərənin "Aston Villa" klubu London təmsilçisi "Çelsi"dən Fransa millisinin heyətində dünya çempionatının gümüş medalını qazanmış Aksel Disasini transfer edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında Birmingem təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, A.Disasi bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə meydana çıxdığı 17 matçda 2 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.

Oxşar xəbərlər

İngiltərə klubu milli üzvünü transfer edib
"Aston Villa" yetirməsi ilə müqavilə müddətini uzadıb
"Çelsi" ABŞ millisinin üzvünü transfer edib
"Çelsi" Ceydon Sançonu icarəyə götürüb
"Çelsi" müdafiəçisinin icarə müqaviləsini vaxtından əvvəl dayandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər