"Mançester Yunayted" yayda dünya çempionunu heyətinə qatmaq istəyir
sizinxeber.az xəbər saytı

"Mançester Yunayted" yayda dünya çempionunu heyətinə qatmaq istəyir


İngiltərənin "Mançester Yunayted" klubu yay transfer dönəmində "Aston Villa"nın qapıçısı Emiliano Martinesi heyətinə qatmaq istəyir.

"Report" "TyC Sports"a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper də hazırkı komandasından ayrılmaq niyyətindədir.

Qeyd edək ki, o, başa çatan mövsümdə "Aston Villa" forması ilə 53 oyuna çıxıb və 61 qol buraxıb. E.Martines 16 matçda qapısını toxunulmaz saxlaya bilib. Oyunçu 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub.

Oxşar xəbərlər

Dünya çempionu olan qapıçı klubunu dəyişə bilər
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
"Mançester Yunayted"in futbolçusu bir neçə həftə meydana çıxa bilməyəcək
"Mançester Yunayted"in futbolçusu "Real"a keçə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər