"Aston Villa"nın hücumçusu "Mançester Yunayted"ə keçə bilər
sizinxeber.az xəbər saytı

"Aston Villa"nın hücumçusu "Mançester Yunayted"ə keçə bilər


İngiltərənin "Aston Villa" klubunun hücumçusu Olli Uotkins bu yay Premyer Liqanın digər təmsilçisi "Mançester Yunayted"ə keçə bilər.

"Report"un "Sky Sports"a istinadən məlumatına görə, tərəflər 29 yaşlı ingiltərəli futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.

Onun "Aston Villa" ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. "Transfermarkt" oyunçunun dəyərini 40 milyon avro qiymətləndirir.

Qeyd edək ki, 2024/2025 mövsümündə O.Uotkins bütün turnirlərdə meydana çıxdığı 54 oyunda 17 qola, 14 məhsuldar ötürməyə imza atıb.

Oxşar xəbərlər

"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir
"Mançester Yunayted" "Brendford"un futbolçusu ilə danışıqlara başlayıb
"Bayer 04"ün hücumçusu İngiltərə klublarının transfer siyahısında yer alıb
"Mançester Yunayted"in yarımmüdafiəçisi Səudiyyə Ərəbistanı klubundan təklif alıb
"Barselona" ingiltərəli hücumçu üçün 40 milyon avro təklif etməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər