Azərbaycanın U-20 millisinin üzvü Əli Bəşirovun ayaq əzələlərində xırda yırtıqlar var
sizinxeber.az xəbər saytı

Azərbaycanın U-20 millisinin üzvü Əli Bəşirovun ayaq əzələlərində xırda yırtıqlar var


20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışından kənarda qalan "Qarabağ"ın futbolçusu Əli Bəşirovun ayaq əzələlərində xırda yırtıqlar var.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib.

Onun sözlərinə görə, 15 yaşlı vinger yaxın zamanda yaşıl meydanlara qayıdacaq:

"Əli Bəşirovun zədəsi yüngüldür. İkihəftəlik müalicə təyin olunub. Ayaq əzələlərində xırda yırtıqlar var. Fizioterapiya müalicəsi ilə keçəcək".

Xatırladaq ki, Azərbaycanın U-20 millisi aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək. 2027-ci ildə bu yaş kateqoriyası üzrə dünya çempionatı Azərbaycan və Özbəkistanda təşkil olunacaq.

Oxşar xəbərlər

Azərbaycan millisi Belarusda təlim-məşq toplanışı keçəcək
Azərbaycan millisinin baş məşqçisi Ruy Jorjenin təqdimat mərasimi keçirilir
Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edilib
"Neftçi"nin futbolçusu Azərbaycan millisinin heyətindən çıxarılıb
Azərbaycanın U-15 millisi Qəbələdə təlim-məşq toplanışı keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər