Türkiyədə meydanda rəqibinin başına təpiklə zərbə endirən futbolçu həbs olunub
sizinxeber.az xəbər saytı

Türkiyədə meydanda rəqibinin başına təpiklə zərbə endirən futbolçu həbs olunub


Türkiyədə Futbol üzrə Mardin Super Həvəskar Liqasında xoşagəlməz hadisə baş verib.

Apasport.az xəbər verir ki, bu, “Derikspor”la “Kızıltepe 47 Sport” komandaları arasında matçda yaşanıb.

Belə ki, oyunun baş hakimi “Derikspor”un lehinə penalti təyin edib. Beşir Dağlık 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Qoldan sonra rəqib futbolçu Sadat Korul futbolçulara hücum çəkib. O, öncə rəqib komandanın oyunçusu Yusuf Çiftçinin dizinə, yıxıldıqdan sonra isə başına təpiklə vurub.

Korul qırmızı vərəqə ilə cəzalandırılıb, Çiftçi isə xəstəxanaya yerləşdirilib.

Matçdan sonra istintaq prosesinə başladılıb, Korul həbs olunub.

Çiftçinin isə almacıq sümüyü qırılıb. Onun müalicəsi davam edir.

Oxşar xəbərlər

“Borussiya Dortmund” səfərdə heç-heçə edib
Türkiyə çempionatında oyunçu meydanda komanda yoldaşını vurub, qırmızı vərəqə alıb - VİDEO
Futbolda penalti vurulması qaydasında ciddi dəyişiklik təklif edilir
“Galatasaray” öz meydanında çətin qələbə qalanıb
“Fənərbaxça” səfərdə “Adana Dəmirspor”u məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər